Nəsimi bazarının yaxınlığında, Azərbaycan Tibb Universitetinə cəmi 5 dəqiqəlik məsafədə tam təchiz olunmuş qadın salonu icarəyə verilir. Salonun ümumi sahəsi 100 kv.m-dir, 5 otaqdan ibarətdir və 14 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Obyekt tam təmirli və hazır vəziyyətdədir, əlavə təmirə ehtiyac yoxdur. Salon bütün lazımi əşyalar və avadanlıqlarla təchiz olunub. Yeni icarəçi əlavə xərc çəkmədən fəaliyyətə başlaya bilər. Salonun vitraj pəncərələri var və birbaşa yola baxır.
Əlverişli və işlək ərazidə yerləşən obyekt Nəsimi bazarı, Azərbaycan Tibb Universiteti, Azadlıq prospekti, Mirəsədulla Mirqasımov küçəsi, Koala Park və 28 May istiqamətinə yaxın ərazidə yerləşir. Ətrafda marketlər, apteklər, restoran və kafelər, müxtəlif xidmət obyektləri, ofislər və digər biznes məkanları mövcuddur.