Şəhərin hər bir nöqtəsinə çox yaxın məsafədə yerləşən, qanuni 3 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil zövqlə təmir edilib, döşəməsi keyfiyyətli parketdir. Geniş və ideal layihəyə malikdir. Mənzildə 2 sanitar qovşağı, mərkəzləşdirilmiş isitmə və soyutma sistemi, həmçinin geniş terras mövcuddur.
Premium yaşayış kompleksində yerləşən bina yeraltı qaraj, geniş və abad həyət, səssiz və sürətli liftlər, işıqlı, təmiz və geniş bloklarla təmin olunub. Hər mərtəbədə cəmi 3 mənzil yerləşdiyindən sakit və rahat yaşayış mühiti təqdim edir.
Bu mənzil həm komfortlu yaşayış, həm də dəyərli investisiya üçün ideal seçimdir.