**İcarəyə verilir – 2 otaqlı yeni təmirli mənzil | Azadlıq metrosu**
Binəqədi rayonu, İbrahim Paşa Dadaşov küçəsində, Tennis Akademiyasının yanında Azadlıq metrosuna cəmi 3 dəqiqəlik piyada məsafədədir.
Mənzil yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmayıb. Bütün mebel, məişət texnikası və elektronika yenidir. Mənzil tam əşyalıdır və yaşayış üçün tam hazır vəziyyətdədir.
**Mənzilin üstünlükləri:**
* Qanuni 2 otaq (otaqlar ayrı-ayrıdır, iç-içə deyil)
* Yelçəkən layihə
* Sanitar qovşaq ayrıdır
* Kombi istilik sistemi
* Kondisioner
* Soyuducu
* Paltaryuyan maşın
* Tozsoran
* Lift
* Qaz, su və işıq daimidir
Binanın qarşısında geniş park yerləşir. Ətrafda marketlər, restoranlar, coffee shoplar, brend mağazalar, məktəb, bağça və digər bütün zəruri infrastruktur mövcuddur. Nərimanov, Gənclik və Dərnəgül istiqamətlərinə rahat nəqliyyat imkanı var.
**Qiymət:** 880 AZN/ay
Yalnız uzunmüddətli kirayə verilir. Ailə və xanımlara üstünlük verilir. Depozit 200 AZN təşkil edir və kirayə müddəti başa çatdıqda mənzil təhvil alındıqdan sonra geri qaytarılır. Real müştəri ilə qiymətdə razılaşmaq mümkündür.