İcarəyə verilir 10 otaqlı ofis 635 m², Nəsimi r.
Gənclik metrosu yaxınlığında 635 m² tam təmirli ofis icarəyə verilir
Azadlıq prospekti 192E ünvanında, Bakı Sağlamlıq Mərkəzi ilə üzbəüz yerləşən binanın 2-ci mərtəbəsində geniş və tam təmirli ofis icarəyə verilir.
Ofisin ümumi sahəsi 635 m²-dir və 10 geniş, işıqlı otaqdan, böyük foyedən, iclas-konfrans otağından və ayrıca geniş mətbəxdən ibarətdir.
Otaqların əksəriyyətinin ayrıca balkonu var. Bütün otaqlar kondisionerlə təmin olunub.
Əsas üstünlüklər:
– 635 m² geniş sahə
– 10 otaq və böyük foye
– İclas və konfrans otağı
– Geniş ayrıca mətbəx
– Otaqların əksəriyyətində balkon
– Bütün otaqlarda kondisioner
– Lift və 24 saat giriş-çıxış imkanı
– Daimi qaz, su və işıq
– Tam təmirli və istifadəyə hazır vəziyyət
Ofis böyük şirkətlər, tədris və hazırlıq kursları, təlim mərkəzləri və baş ofis fəaliyyəti üçün ideal seçimdir.
Ərazi nəqliyyat və yerləşmə baxımından olduqca əlverişlidir. Bu ərazidə, bu sahədə və bu qiymətə uyğun ofis tapmaq çətindir.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.