Malakan bağının düz yanında, mərkəzdə super yerdə ofis arendaya verilir.
Sahəsi 225 kvadratdır, içi tam təmirlidir. Hazır arakəsmələri var, amma kim istəsə öz şirkətinin üslubuna görə söküb fərqli dizayn da elətdirə bilər, problem yoxdur. Düz parka baxan qəşəng balkonu, ayrıca mətbəxi, sanuzeli və əlavə balaca bir sklada (anbar) kimi otağı da var. Hamısı işlək və saz vəziyyətdədir.
Bina sırf biznes mühitidir, hər 4 mərtəbəsi ancaq ofislərdir. Təhlükəsizlik cəhətdən də çox yaxşıdır – hər tərəf 24/7 kameradır, binaya giriş kodla, lift isə kartladır.
Sahil metrosuna, Fəvvarələr meydanına piyada 1-2 dəqiqəlik yoldur. Mərkəzdə belə geniş və rahat yer çətin tapılır.